27 Fevral 2017 09:38
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Oskar” mükafatının 86-cı təqdimetmə mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, 13 nominasiyada namizəd olan “La La Land” filmi 6 mükafat qazanıb.

Ən yaxşı köməkçi aktyor seçilən Maherşala Əli bu nominasiyada qalib olan ilk müsəlman kimi tarixə düşüb.

Daha bir müsəlman Əsgər Fərhadi isə “Satıcı” filmi ilə ən yaxşı xarici film nominiyasında qalib olub. Lakin o, ABŞ prezidenti Donald Trampın 7 ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyduğu üçün mərasimə qatılmayaraq, bu qərarı boykot edib.

Onun göndərdiyi çıxış mətni kürsüdə səsləndirilib. Fərhadi məktubunda “Bu gün orada olmamağımın səbəbi öz ölkəmin insanlarına olan hörmətimdən qaynaqlanır. Trampın viza qadağası insanlığa sığmayan bir addımdır”, - deyib.

Digər əsas qaliblər aşağıdakılardır:

Ən yaxşı film - “Ay işığı”

Ən yaxşı qadın aktrisa – Emma Stona (“La La Land”)

Ən yaxşı kişi aktrisa - Casey Affleck (“Yaşamın sahilində”)

Ən yaxşı rejissor - Damien Chazelle (“La La Land”)

Ən yaxşı kino musiqisi – “La La Land” filmi.

Ən yaxşı sənədli film – “Ağ dəbilqələr"

Ən orijinal ssenari nominasiyasında “Dənizkənarında Mançester".

Ən yaxşı animasiya filmi - “Zveropolis”

Ən yaxşı vizual effekt - “Cuqli kitabı”.

Rəqsanə


Müəllif: