28 Mart 2017 13:37
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İki yad adam" filmi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “World Cultural Open Organization”un dəstəyi ilə keçirilən Grand Asian Film Festivalının final gecəsində nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, film “Addım” Təşkilatının sifarişi ilə yazıçı Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında çəkilib.

Festivalda iştirak edən təşkilat sədri Hüseyn Cavadzadənin sözlərinə görə, final nümayişində nümayiş olunan "İki yad adam" filmi yerli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Film "Ən yaxşı sosial mövzuda film" və "Ən yaxşı aktyor oyunu" nominasiyasında mükafatlara layiq görülüb.

Bundan başqa, filmdə əsas qəhrəmanlarından birini ifa edən Riad Abdul Çin mətbuat nümayəndələrinə film və layihə ilə bağlı geniş müsahibələr verib.

1930-cu illərdə qələmə alınan əsər gənc Azərbaycan ailəsinin həyatından bəhs edir. Filmdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ər- arvadın maraqlı ünsiyyətindən bəhs olunur.

Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər. Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları iştirak edib.

Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, səs rejissoru Ədalət Xəlilov, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur. Layihənin rəhbəri Hüseyn Cavadzadədir. Film “Caspian Media Group” şirkətində istehsal olunub.

Film aprel ayında keçiriləcək 1-ci Gənc Ailələrin Forumunda təqdim olunacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər