Əməkdar artist Elxan Cəfərovun rejissoru olduğu “Canavar ovu” sənədli filminin son tamamlanma işləri gedir.
Bu barədə Teleqraf.com-a açıqlamasında Elxan Cəfərov məlumat verib. O bildirib ki, filmin çəkilişləri İsmayıllının Zoğallı kəndində aparılıb.
“Film insanların məişəti, onların mal-qarasına hücum edən canavar haqqında sadə bir hekayə üzərində qurulub. Düşünürəm ki, cəlbedici olacaq”.
İlk dəfə sənədli film çəkdiyini deyən rejissor “Canavar ovu”nun onun üçün maraqlı təcrübə olduğunu bildirib:
“İndiyə qədər təqdimat filmləri, sənədli oçerklər çəkmişəm, amma bu mənim film adına debütumdur. Birinci çətinliyim elə bununla bağlı idi. Mən modullaşdırmağa öyrəşən insanam, amma sənədli filmdə modullaşmış faktı qıraqdan müşahidə etmək qabilliyyətidir. Bu, rejissor kimi mənim üçün yeni təcrübə idi”.
Nərmin