Yaxında öləcəyinizi bilsəydiniz:
- …kimi özünüzlə aparmaq istəyərdiniz?
- O biri dünyaya özümlə Serj Sarkisyanı aparardım… Ora göndərdiyi şəhidlərin gözlərinin içinə baxsın deyə… Sarkisyan onsuz da bu dünyaya artıqlıq edir.
- … hansı yeməyi yeyib hansı içkini içərdiniz?
- Mən Tiflisdə anadan olmuşam deyə son kəs gürcü xəngəli ilə şirin ev çaxırı istəyərdim.
- …orda hansı siyasətçini görmək istəyərdiniz?
- Maşınla yol gedərkən güllələnərək, öldürülən Amerika prezidenti Con Kennedini görmək istəyərdim. Onu güllələyəndə həyat yoldaşı özünü maşından atıb qaçmışdı. Kennedidən soruşmaq istəyərdim ki, o hərəkətindən sonra arvadına qarşı münasibəti necədir?
- …kimə nə etiraf edərdiniz?
- Heç kimdən gizlətdiyim heç nə yoxdur.
- …son kəs kimi öpərdiniz?
- Son kəs qızımı bağrıma basıb çoxlu-çoxlu öpərdim.
- …kimə və nə hədiyyə alardınız?
- Anama, həyat yoldaşıma gül alardım. Çünki onlar gülü çox sevir. Qızıma isə maraqlı bir hədiyyə... Hara gedirəm ona mütləq nəsə alıram. Son dəfə Fransadan qayıdanda ona aldığım hədiyyəyə görə daha çox xoşbəxt idim, nəinki Fransaya getdiyimə görə…
- …pullarınızı kimə verib gedərdiniz?
- Pullarımın hamsını övladımın təhsili üçün hesaba yatırardım.
- …o biri dünyada kimi görmək istəyərdiniz?
- Yalnız peyğəmbərimizi görmək istəyərdim.
- …tanınmış sima kimi ölmək istəyərdinizmi?
- Fərqi yoxdur tanınmış kimi, ya yox... Əsas odur ki, arzularıma çatıb sonra ölmək istəyərdim.
- …son 3 kəlməniz nə olardı?
- Qızım, səni sevirəm…