Öləcəyinizi bilsəydiniz:
- …son dəfə kiminlə görüşmək istəyərdiniz?
- Görüşmək istədiklərim bu dünyada yoxdu!
- Bilsəydiz ki, sonunuz çatıb, nə düşünərdiniz?
- Heç də kefdən düşməzdim. Pessimist fikir kimi səslənməsin, amma dünyasını dəyişən doğmalarımla görüşə böyük məmnuniyyətlə hazırlaşardım.
- … son kəs hansı yeməyi yeyib, hansı içkini içərdiniz?
- Aş və adi su!
- …son dəfə hansı ölkəyə getmək istərdiniz?
- Ölümünü gözləyən insan gəzmək haqqında düşünməz, məncə!
- …son dəfə kimi öpərdiniz?
- İtim Kokonu.
-…son dəfə necə bir verilişə aparıcılıq edərdiniz?
- Poetik, düşündürən bir veriliş!
- …hansı musiqiyə qulaq asardınız?
- Akif İslamzadə: “Ötən günlərimi qaytaraydılar”
- …kimə və nə hədiyyə alardınız?
- Özümə saat alıb hədiyyə edərdim.
-… kimə nə deyərdiniz?
- Anama səslənərdim qəbri üstündə... Deyərdim ki, ana mən də gəlirəm…
- …son 3 kəlməniz nə olardı?
- Yaşamaq gözəl idi.