28 İyul 2017 14:58
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 Avqust Milli Kino Günü ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən bir qrup aktyor və incəsənət xadiminə pul mükafatı veriləcək.

Teleqraf.com-un məlumatına görə, əsasən yubilyar və veteranlara verilən pul mükafatının məbləği də bəllidir. Yubilyarlara 450 manat, veteranlara isə 200 manat mükafat təqdim olunacaq.

Mükafata layiq görülənlərin siyahısı artıq açıqlanıb. Həmin siyahını sizə təqdim edirik:

Yubilyarlar:

1. Yalçın Heydər oğlu Əfəndiyev (xalq artisti) – 80 illik yubiley
2. Rafiq Əliş oğlu Nəsirov (xalq rəssamı) – 70 illik yubiley
3. Rafael Əli oğlu Qəmbərov (əməkdar incəsənət xadimi) – 70 illik yubiley
4. Amin Novruzəli oğlu Novruzov (əməkdar incəsənət xadimi) - 70 illik yubiley
5. Ənvər Abbasqulu oğlu Əbluc (əməkdar incəsənət xadimi) – 70 illik yubiley

Veteranlar:

1. Nəriman Səttar oğlu Şıxəliyev (əməkdar mədəniyyət işçisi)
2. Şahin Zahid oğlu Qalabəyov (əməkdar mədəniyyət işçisi)
3. Lidiya İvanovna Şarkovkina (əməkdar mədəniyyət işçisi)
4. Miroslava İvanovna İsgəndərova (əməkdar mədəniyyət işçisi)
5. Pərviz Əsəd oğlu Quliyev (əməkdar mədəniyyət işçisi)
6. Rəfiqə Maqsud qızı Budaqlı (əməkdar mədəniyyət işçisi)
7. Akif Zəbi oğlu Rüstəmov (əməkdar mədəniyyət işçisi)
8. Vladimir İvanoviç Dudniçenko (əməkdar mədəniyyət işçisi)
9. Natalya Borisovna Şneyer (əməkdar mədəniyyət işçisi)
10. Oqtay Ələkbər oğlu Babazadə (əməkdar incəsənət xadimi)


Müəllif: Könül