31 Avqust 2017 19:10
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-də yayınlanacaq "Xalqın şairi" layihəsində qeydiyyatdan keçdim. Təşkilat komitəsi sağ olsun, müraciətimi qeydə aldı. Düzdü, ilk öncə bu yarışmaya qoşulmaq istədiyimi biləndə bir qədər təəccüb etdilər. Amma zənnimcə, burda təəccüblü heç nə yoxdur.

Teleqraf.com-un məlumatına görə, bu sözləri şair Şəhriyar del Gerani sosial şəbəkədə yazıb.

Şair bildirib ki, Elzanın münsif olduğu müsabiqədə iştirak onun üçün çox xoşdur:

“Mənim üçün belə bir layihədə iştirakçı olmaq çox xoşdur. Mən heç kəsdən artıq deyiləm. Ustad Füzuli demiş, "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz". Məhz bu kontekstdə hansısa ustalıqdan söhbət gedə bilər. Onun da zaman göstərəcək. Bütün qələm dostlarıma uğurlar arzu edirəm.

Münsiflər heyəti də kifayət qədər adekvat seçilib. Hər dörd nəfər xüsusi hörmətim olan şəxsdir. Baba və Qulu şair kimi, Əhliman aşıq kimi, Elza xanım da peşəkar ifaçı kimi. Ümid edirəm maraqlı olacaq”.


Müəllif: Könül

Oxşar xəbərlər