Aktyor Müşfiq Şahverdiyev bu dəfə aparıcı kimi tamaşaçıların görüşünə gəlir.
Teleqraf.com xəbər verir ki, o, "Xəzər" telekanalında yayımlanacaq "Söz gəlsin" proqramına aparıcılıq edəcək.
Yarışma xarakterli veriliş sentyabrın 25-də ilk dəfə efirə gedəcək.
Qeyd edək ki, Müşfiq eyni zamanda sözügedən kanalda yayımlanan "Ailə canlı" adlı serialda da rol alır.
Onun daimi ortağı İlkin Misgərli ilə yollarını ayırdığı deyilir.