31 Yanvar 2018 12:03
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanardağla bağlı layihə movcuddur.

Teleqraf.com-un məlumatına görə, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, layihə əsasında işlər görüləcək: "Ərazidəki sakinlərlə bağlı məsələlər həll olunduqdan sonra orada işlər görüləcək. Dövlət bu işlə məşğuldur".

Nazir qeyd edib ki, prezident məsələ ilə bağlı iradlarında tamamilə haqlıdır: "Bu, çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Təndiqdən nəticə çıxardacağıq".

Nazir bildirib ki, turizm fəaliyyəti üzrə lisenziya verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortaya çıxıb: "Dəllallar guya xidmət göstərirlər. Yalandan qiymət qoyur, nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir, biz itiririk".

Nazir qeyd edib ki, hazırda turizm haqqında yeni qanunun üzərində iş aparılır: "Bu qanun Azərbaycanda turizmin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Güzəştə gedilməyəcək. Əgər kimsə beş ulduzlu otel əvəzinə iki ulduzlu otel xidməti göstərsə, ölçülər götürüləcək.

Turist şirkətləri dəllallıqla məşğuldur, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə gözləyirəm".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər