18 Avqust 2014 19:18
2 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənan konsertə hazırlaşan zaman aktrisa qaynının qızı Arya ilə vaxt keçirib

Türkiyəli məşhur aktrisa Beren Saat və həyat yoldaşı müğənni Kənan Doğulu həftə sonu Amerikadan bal ayından qayıdıblar.

ANS PRESS-in məlumatına görə, hava limanında paparazzilərə görüntülənən cütlük birbaşa Bodruma yollanıb. Onlar Los-Ancelesdə başlayan bal aylarını orada davam etdirirlər. Otelə yerləşən yeni evlilər günəş vannası qəbul edib dənizdə üzüblər. Daha sonra K.Doğulu Bidrumda yerləşən gecə klubunda qardaşı Ozanla birlikdə verəcəyi konsertə hazırlaşarkən Beren qaynının qızı Arya ilə vaxt keçirib.

Ozan Doğulunun qızı Bereni tək buraxmayıb, onlar birlikdə şən vaxt keçirdiblər. Beren Saat Arya ilə kamera qarşısına keçib, daha sonra isə İnstagram səhifəsində paylaşıb.


Müəllif:

Oxşar xəbərlər