"Hərdən zarafat edirdim. Deyirdim ki, gedib ərizə verəcəm, sizdəm imtina edəcəm. Elə dedim, oğlum qorxdu. Qızıma zəng edib deyib ki, xəbərin var, ana bizdən imtina edəcək?"
Teleqraf.com-un məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova “Səhər-səhər” verlişində deyib.
Müğənni övladları üçün çox darıxdığını bildirib:
"Oğlum dediklərimi ciddi qəbul edib və mənə də zəng etmişdi ki, ana, nə olub? Deyirəm, heç nə, gəlinim zəng edib deyir ki, sənin başın qaçıb. Dedim ki, bax Allaha and içirəm işimi-gücümü qoyaram, gələrəm orada küçə süpürərəm, nəvələrimə baxaram, səndən də imtina edərəm".