4 Noyabr 15:16

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayev Mədəniyyət kanalında “Premyera” adlı veriliş aparmağa başlayıb.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə,

Əliqismət Lalayevin aparıcılıq etdiyi “Premyera”nın ilk buraxılışı yayımlanıb.

O, bildirib ki,Azərbaycan teatrında, səhnəsində hazırlanan ən yaxşı sənət nümunələrini televiziya tamaşaçılarına təqdim ediləcək: “Verilişdə eyni zamanda bölgələrdə fəaliyyət göstərən teatrlarımıza gedəcəyik və o səhnələrdə yaranan yeni əsərləri geniş ictimaiyyətə təqdim edəcəyik.

Son vaxtlar ölkəmizin teatr aləmi çox zənginləşib. Teatrlarımızın əksəriyyəti təmirdən çıxıb və çox gözəl şəraitdə çalışırlar. Aktyorlar, rejissorlar, eləcə də bölgələrdə yaşayan insanlar üçün də teatr sənəti - yeni tamaşalar çox maraqlıdır.

Teatr və səhnə müqəddəsdir. Səhnə bir məbəddir və burada çalışanlar sizi hər zaman gözləyirlər”.


Müəllif: Rəqsanə Həsənova