Noyabrın 25-də Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi” keçiriləcək. Bu, ölkəmizdə keçirilən beşinci “Türk filmləri həftəsi”dir.
Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova Teleqraf.com-a bildirilib ki, film həftəsi Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə baş tutacaq.
“Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorlar Yeliz Kuvancı ve Nisa SofiyaAksongur, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan və digər şəxslər iştirak edəcək.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslərin də iştirakı gözlənilir.
Həmin gün qonaqlar rejissor Şükrü Alaçamın “Locman” bədii filminə baxacaqlar.
Qeyd edək ki, noyabrın 26-da “Locman” və “Kapan”, noyabrın 27-də “Annem” və “Çakallarla dans-5”, noyabrın 28-də “Çakallarla dans - 5” və “Kapan”, noyabrın 29-da isə “Rafadan tayfa” və “Annem” bədii filmləri təqdim olunacaq.