27 Mart 2020 01:47
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına start verib.

Teleqraf.com xəbər verir ki, teatrın baş meneceri Nicat Qulamov ƏSA Teatrının repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcəyini bildirib. Onun sözlərinə görə, dövlət və aidiyyəti qurumların insanlara evdən çıxmamaları barəsindəki tövsiyələrinə dəstək məqsədilə ölkənin ilk inklüziv teatrı olaraq ƏSA Teatrı qərara alıb ki, insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda tamaşalara baxmalarına şərait yaradaraq, asudə vaxtlarının səmərəli keçməsində iştirak etsin. Buna görə də teatr #evdəbax kampaniyasına başlayaraq, aprel ayının sonunadək “Facebook” sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Nəsimi: Sirri-ənəlhəq” və “And” tamaşalarını nümayiş etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər