28 İyun 2020 13:07
9 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi tərəfindən 28 May- Respublika Günü, eləcədə Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi mününasibətilə Vilnusda təşkil edilmiş rəsmi qəbul zamanı qonaqlara "Aypara" Muğam Qrupunun ifasında konsert təşkil olunub.

Teleqraf.com xəbər verir ki, "Aypara" qrupu həmçinin cari ilin iyunun 7-də Vilnusun ən populyar turistik məkanı hesab edilən Ujupios səmtində Ujupios Respublikasının Konsitutsiyasının Azərbaycan dilinə tərcüməsi və bununla bağlı lövhənin açılış mərasimində çoxsaylı sakinlər və qonaqlar qarşısında açıq havada konsert proqramı ilə çıxış ediblər.

Bundan əlavə 8-9 iyun tarixlərində sözügedən qrup Ağstafa şəhəri ilə qardaşlaşmış - Litvanın turizm-kurort şəhəri Birştonasa səfər edərək şəhər günü festivalında iki günlük geniş konsert proqramı təqdim ediblər.

Muğam Qrupu hər çıxışlarında Litvalılarla öz dilərində danışaraq, Milli musiqi alətlərimiz olan tar – kamançada Litva Respublikasının Musiqi Nümunələrindən və Litva Dövlət himnini tar-kamançada ifa edərək onların sevgi və rəğbətini qazanıb.

Eləcədə onların çıxışına görə mənfur düşmənlərimiz ermənilərin çox olduğu bir şəhərdə Azərbaycan bayrağı bir ay boyunca Litvanın Birştonas şəhərində gecə-gündüz dalğalanmağı onlara qürur hissi verib.

Litvalılara özlərini sevdirən muğam qrupumuzun Azərbaycan musiqisinin xaricdə mükəmməl şəkildə təbliğatı və siyasəti nəticəsində Litvadan Azərbaycan Respublikasına Litvanın Birştonas Şəhər parklarının birində tar,kamança və qaval büstü qoyulması barədə təklif verilib.

"Aypara" Muğam Qrupunun Litva dilində çıxışları, Azərbaycan Milli Musiqi Alətləri tar-kamançada Litva musiqilərindən nümunələri, həmçinin Litva dövlət himninin səsləndirilməsi xüsusu alqışlarla qarşılanıb.

Musiqiçilərimizin bu uğurlu ifasından sonra yerli sakinlərin milli musiqi alətlərimizə olan marağını nəzərə alaraq, Birştonas şəhər meriyası şəhərin əsas parklarından birində Azərbaycan Milli Musiqi Alətlərindən ibarət guşənin yaradılması təklifi ilə çıxış ediblər.

Təklif baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunub.

Qeyd edək ki, "Aypara" muğam qrupunun üzvləri Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança), Gülzar Fərəcovaadır (xanəndə).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər