Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi koronavirusa yoluxub.
Teleqraf.com-a açıqlamasında Siyavuş Kərimi səhhətinin yaxşı olduğunu deyib: "Dörd gündür ev şəraitində müalicə alıram, amma səkkiz gündür koronavirusa yoluxmuşam. Virusun hər hansı simptomu yoxdur, dad və qoxu bilmə yerindədir. Adi qrip kimi keçirirəm. Ailə üzvlərim də virisa yoluxublar, onların da səhhətləri normaldır".