Koronavirusa yoluxaraq Zığ qəsəbəsindəki modul tipli hospitala yerləşdirilən xalq artisti Ramiz Əzizbəylinin səhhəti orta-ağır qiymətləndirilir.
Bu haqda Xalq artistinin qızı Cəlalə Əzizbəyli Teleqraf.com-a açıqlamasında danışıb:
"Atamın səhhəti orta-ağır qiymətləndirilir. Xəstəxanada palatadadır. Artıq doqquz gündür ki, koronavirusa yoluxub. Xəstəxanadan nə zaman çıxacağı bəlli deyil. Yaşlı insandır və yanaşı xəstəlikləri də var. Həkimlər əllərindən gələni edirlər. Bacım da koronavirusa yoluxub. Atamla birlikdə xəstəxanadadır. Onun səhhəti yaxşıdır.
Virusa ailəmizdə ilk olaraq atam yoluxmuşdu. Yəqin ki, evə gələnlərdən kimsə koronavirus xəstəsi imiş".
Qeyd edək ki, Ramiz Əzizbəylinin 72 yaşı var.