20 Aprel 2022 18:25
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəhər tuluğu” filmi mayın 19-dan Qazaxıstan kinoteatrlarında nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə filmin prodüseri Orxan Mərdan məlumat verib.

O qeyd edib ki, film Qazaxıstanın 11 şəhərində 23 kinoteatrda rus dilində nümayiş olunacaq: “Azərbaycan kinosunun inkişafının yeni mərhələsinə keçdik. İlk dəfə Azərbaycan istehsalı film xarici ölkədə geniş kütləvi yayıma çıxır”.

Filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərih, Zülfiyyə Qurbanova,Tural Əhməd, Könül Cəfərzadə, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Emil Musayev, xalq artisti Səidə Quliyeva, əməkdar artistlər Nəsibə Eldarova, Hüsniyyə Mürvətova, Rasim Cəfər, Oktay Mehdiyev rol alıb.


Müəllif: Nərmin Muradova