21 Aprel 2022 17:20
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası hazırlanır.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın premyerasının may ayının 28-də - Respublika Günündə keçirilməsi planlaşdırılır.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, aktyor Elçin Əfəndi, əməkdar artist Mətanət Atakişiyeva, aktrisalar Rada Nəsibova, Xədicə Novruzlu və digərləri çıxış edirlər.


Müəllif: Nərmin Muradova