28 Aprel 2022 18:56
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-da Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” bədii filminin premyerası olacaq.

"OYUN" inklüziv teatrından Teleqraf.com-a verilən məlumata görə, filmin ana xətti müharibə və qadındır.

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Saida Haqverdiyeva, bəstəkarı Vüqar Camalzadə, art direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.

Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları həyatlarında müharibənin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır.

Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır.

Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar.

Psixoloji dramda əsas rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Zemfira Əbdüsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev ifa edirlər. Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar.

Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsidir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər