7 İyun 2022 15:49
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət Mükafatı laureatı, professor Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradılıb.

Dövlət Film Fondundan Teleqraf.com-a verilən məlumata görə, fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnallar daxil olub.

Xalq artisti Amaliya Pənahovanın şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub.

Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib.


Müəllif: Nərmin Muradova