28 İyul 2022 17:53
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Rüfət Əsədov dağ yəhudiləri ilə bağlı növbəti sənədli film çəkir.

Bu barədə Teleqraf.com-a danışan rejissor ekran əsərinin Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi olduğunu deyib.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, filmin İsrail tərəfdən prodüseri hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan tanınmış diaspor fəalı və şair Şaul Siman-Tovdur.

Azərbaycanda olan çəkilişləri başa çatan filmin İsrail çəkilişlərinə hazırlıq görülür.

“Film Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi haqqındadır. Ravvin Şmuel Simantov əslən Oğuz rayonundandır və dağ yəhudilərinin tarixi, həyat tərzi onun dilindən nəql edilir”, - deyə rejissor bildirib.

Qeyd edək ki, ravvin Şmuel Simantov illərdir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yorulmadan çalışır.

Bu ekran əsəri Rüfət Əsədovun dağ yəhudiləri ilə bağlı altıncı filmidir. Rejissor daha əvvəl çəkdiyi “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, ”Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam,Yerusəlim”, ”Kənddə sonuncu yəhudi. 9 il sonra” adlı sənədli filmləri bir çox festivallarda mükafatlara layiq görülüb.


Müəllif: Nərmin