1 Sentyabr 2022 13:54
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Avropanın ən qədim festivalı olan Venesiya Film Festivalının açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu il 79-cu dəfə keçirilən festivalın açılışı maraqlı məqamlarla yadda qalıb.

Gecəyə Ketrin Denev, Hillari Klinton, Culiana Mur, Alessandra Ambrosio, Melani Loran və digər məşhur ulduzlar qatılıblar.

Kinodakı nailiyyətlərinə görə məşhur fransız aktrisası Ketrin Denevə festivalın əsas mükafatı olan “Qızıl Aslan” təqdim edilib.

Daha sonra geniş ekranda Ukrayna Prezidenti Vladimir Zelenskinin video mesajı yayımlanıb.

Bu il Venesiya Film Festivalının tarixində ilk dəfə olaraq festivalın əsas simvolu erkək şir dişi şirlə əvəzlənib. Beləki, əsərin müəllifi italyan rəssam Lorenzo Mattotti simvolun görünüşünü dəyişdirmək qərarına gəlib.

Mattottinin dediyinə görə, aslan həmişə güc simvolu olub. Bu il isə o, daha çox yaradıcılığa diqqət yetirmək istəyib. Rəssamın fikrincə, bu ideya zərif aslan tərəfindən daha gözəl təcəssüm olunacaq. Eyni zamanda Mattotti digər məsələyə də diqqət çəkmək istədiyini bildirib.

“90 ildən sonra kinofestivalın simvolu olan Venesiya aslanı ümid, təcavüz və qəddarlığa etiraz simvolu kimi çıxış edən, lütf və enerji ilə tarix boyu uçan dişi aslana çevrildi”- italyan rəssam deyib.

79-cu festival sentyabrın 10-da öz işinə yekun vuracaq. Bu il festivalın beynəlxalq münsiflər heyətinə aktrisa Culiana Mur rəhbərlik edir.

Qeyd edək ki, Venesiya Film Festivalı 1932-ci ildən keçirilir.


Müəllif: Nərmin