27 Sentyabr 2022 15:42
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı musiqiçi, “Pink Floyd”un həmtəsisçisi Rocer Uoters Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Uoters Ukraynadakı vəziyyətlə bağlı prezidentə bir sıra suallar ünvanlayıb.

Musiqiçi Putinin Ukraynadakı münaqişəyə son qoymaq istəyib-istəmədiyini soruşub.

Onun fikrincə, əgər prezident Rusiyanın Krım, Donetsk və Luqanskın rusdilli əhalisinin təhlükəsizliyini təmin etməkdən başqa digər ərazi maraqlarının olmadığını desəydi, bu, ona kömək edərdi.

“Bilirəm ki, ABŞ və NATO tərəddüd etmədən bir neçə barel neft üçün digər suveren dövlətləri işğal edirlər. Ancaq bu o demək deyil ki, siz də eyni şeyi etməlisiniz”.

Qeyd edək ki, Uoters bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenaya da açıq məktub yazaraq Kiyevə Qərb silahlarının verilməsinə qarşı çıxıb.

Zelenskaya sənətçiyə cavab verib və ona Rusiya lideri Vladimir Putindən sülh istəməyi tövsiyə edib.


Müəllif: Pərvin Cəfərova