Dekabrın 20- də Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Olur Olur” komediya filminin mətbuat üçün bağlı nümayişi keçiriləcək.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, rejissor Kerem Çakıroğlunun çəkdiyi bu filmdə baş qəhrəman Ali obrazını yaratmış aktyor Alper Kul tədbirin qonağı olacaq və nümayişdən sonra mətbuatın suallarını cavablandıracaq.
Filmin süjet xəttinə görə, sakit yaşam tərzi keçirən baş qəhrəman - Alinin günlərin birində həyatı alt üst olur. Buna səbəb illər öncə sevdiyi Azranın təsadüfən onun işlədiyi aptekə gəlməsidir. Ali yenidən Azranın diqqətini çəkməyə çalışsada ümidi boşa çıxır və çarəsizlikdən, internetdən oxuduğu elanla bu məsələdə ona kömək etməyi vəd edənlərə müraciət edir. Əsl hadisələr isə elə bundan sonra başlayır.
Qeyd edək ki, filmdə aktyorlar Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer ve Ali Kobanbay və Alper Kulun həyat yoldaşı Aylin Kontante də çəkilib.
Nərmin