13 Yanvar 2023 09:14
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun aktrisası Culiya Roberts gənc yaşlarından gözəlliyi və bədən quruluşu ilə diqqət çəkən məşhurlar sırasındadır.

“Gözəlçə” filmi ilə bütün dünyada tanınan aktrisa illər keçməsinə baxmayaraq təbii gözəlliyini qoruyub saxlayır. Yaşından xeyli cavan görünən Culiya Robertsin botoks etdirmədiyi məlum olub.

Teleqraf.com xarici KİV-ə istinadən Culiya Robertsi daha gənc göstərən gözəllik sirlərini bölüşür.

55 yaşlı Culiya Roberts həm nailiyyətləri, həm də özünəməxsus təravəti ilə seçilir.

Hollivud qadınlarının gözəllik standlarına qarşı çıxan Culiya heç vaxt botoks və ya plastik əməliyyat etdirməyib. O, hətta Hollivudda üz gərmə əməliyyatını pisləyərək karyerasını riskə atsa da, qadınlara yönəlik bu cür təzyiqlərə qarşı çıxıb. "Hollivud standartlarına görə plastik əməliyyat etdirmədiyim üçün böyük riskə getdim", - aktrisa bildirib.

Günəş kreminə etibar edir

Culiya günəş vannası qəbul etməyi və uşaqları ilə çimərliyə getməyi çox sevir. O, 2017-ci ildə jurnalların birinə müsahibəsində deyib: "Açıq havada oynamağı sevən üç uşaqlı məsuliyyətli bir valideyn kimi mən günəş kreminə etibar edirəm. Bunun üçün SPF 30 çoxfunksiyalı günəş kreminə üstünlük verirəm. Çünki nə qədər tərləməyimizdən və ya suda nə qədər vaxt keçirməyimizdən asılı olmayaraq o, işləməyə davam edir!”

“Qabları yuduqdan sonra…”

Bir çox insanlar dəriyə qulluq edərkən yalnız üzə diqqət yetirirlər, halbuki əllər də yaşlanma əlamətlərini göstərə bilir. Culiya bu məsələdə bəyəndiyi nəmləndirici kremdən istifadə edir: “Qabları yuduqdan sonra əllərimə, dirsəklərimə və ayaqlarıma nəmləndirici krem ​​çəkirəm”.

Çoxsaylı müsahibələrinin birində o, gündəlik gözəllik rutininin təsirli göz makiyajı - təmizləyici losyonun tətbiqindən ibarət olduğunu etiraf edib.

Culiya Roberts üç uşaq anası olmasına baxmayaraq həmişə parlaq və təravətli görünür. Ulduzların vizajistlərindən olan Genevieve Herr bildirib ki, aktrisanın təbii görünüşünün sirrinin bir hissəsi nəmləndirici və nəmləndirici-tonal krem ​​tətbiq etməkdir, bu isə nəinki parlaqlığı artırır, həm də incə xətləri azaldır. Bu formul dərinin nəfəs almasına imkan verir, həmçinin özündə dolğunlaşdırıcı funksiyanı yerinə yetirən hialuron turşusu və dərini hamarlaşdıran, gözəlləşdirən mandel turşusu kimi qidalandırıcı maddələri ehtiva edir.

“Su için, yaxşı yatın və şən olun”

Culiya Roberts iddia edir ki, düzgün qidalanma ilə tamamlanmayan gözəllik rutini yoxdur: “Ailə içində də ağılla yeməyə çalışırıq. Həmişə övladlarıma dediyim kimi, "yaxşı şeylər əldə etmək üçün yaxşı şeylər yeməlisiniz". Pəhriz saxlamaq həddən artıq ağır ola bilər, ona görə də ən gözəl məsləhətim budur: “Sakit olun, su için, yaxşı yatın və şən olun”.

“Dişlərimi soda ilə fırçalayıram"

Culiyanın özəlliklərindən biri də onun təbəssümüdür. Görəsən, Hollivud ulduzu belə mükəmməl dişlərə sahib olmaq üçün nə edir? O, babasından örnək götürdüyünü etiraf edib: “Dişlərimi soda ilə fırçalayıram. Babam dişlərini bu üsulla yuyurdu”.

Culiya Roberts evdə idmanla məşğul olduğunu deyib. Uşaqlı ana olduğuna görə idman zalına getməyə vaxt çatdırmır, bu səbəbdən gün ərzində 20-40 dəqiqə step aerobikası, ardınca 40 dəqiqə bədən əzələlərinin hərəkətinə sərf edir. Bacardığı zaman onu üzgüçülük və qaçışla əvəz edir.

Qocalıqla barışan Culiya

Culiya bir müsahibəsində bildirib ki, gənc qalmağın ən böyük sirlərindən biri qocalma prosesi ilə barışmağa çalışmaqdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər