"Çəkiliş zamanı çox əylənirik. Bizi bir-birimizə düşmən etməyin"
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri məşhur "Yalı çapkını"nın Pelini Buçe Buse Kahraman serialda baş rolu canlandıran Afra Saraçoğluyla aralarının soyuq olduğuna dair yayılan şayiələrə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, izləyicilərin bəziləri ekranda baş verənləri real həyatla qarışdırırlar: "Biz rolları ifa edən aktyorlarıq. Ssenaridə nə yazılırsa, onu da oynayırıq. Bəzi şərhləri oxuyanda çox üzülürəm. Halbuki, biz işimizi peşəkarcasına görürük. Birbaşa şəxslərə yönəlik şərhlər bəzən çox amansız olur".