“Aktyorlara verilən qonorarlar məni qane etmir. Çünki onun əziyyətinə qətiyyən dəymir. Əziyyəti çox böyükdür. Bu 12 saat deyil, bəzən 16, 17 saat olur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “O yoxsa bu” Yutub verilişinin qonağı olan zaman deyib.
Onun sözlərinə görə, Azərbaycanda serial sektoru o qədər inkişaf etməyib ki, qonorarlar da yaxşı olsun.
“Ümid edirik”- deyə aktrisa sözünü tamamlayıb.
“Gözəl qadın, yoxsa xoşbəxt qadın” sualına aktrisa belə cavab verib:
“Gözəlliyi çörək arasına qoyub yemirsən, gözəllik bu gün var, sabah yoxdur. Ən gözəli xoşbəxtlikdir”.
"Zəngiz qız, kasıb oğlan, yoxsa zəngin oğlan, kasıb qız" sualına isə aktrisa cavabı belə olub:
“Hər ikisi psixoloji travmalara gətirəcək. Yəqin ki, zəngin oğlan kasıb qız. Qız zəngin olsa, oğlanın inanmıram qüruru qala”.