21 İyul 2023 21:00
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün çəkilən “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin tizeri yayımlanıb.

Bu barədə Teleqraf.com-a filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib.

Onun sözlərinə görə, müharibədə yaralanan qazinin öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

"Mən burdayam, İlahi" filminin quruluşçu rejissoru Qulu Əsgərov, operatoru Vasif Vəlizadədir.

Ekran işinin aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alır.

Film sentyabr ayında ölkənin bütün kinoteatrlarda yayımlanacaq.

Qeyd edək ki, filmin yaradıcı heyətinin bundan əvvəl istehsal etdiyi “Hasar” filmi 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər