Gənc Tamaşaçılar Teatrının kollektivi yeni ilin ilk premyerasını təqdim etməyə hazırlaşır.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, görkəmli ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun “III Riçard” tamaşasını təqdim edəcək. Yanvar ayının 25-də geniş tamaşaçı auditoriyasına təqdim olunacaq tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.
Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.
Nərmin