Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.
Teleqraf.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.
1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.
İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.