Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu"nun açılış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edib.
"Azərbaycanda ilk dəfə "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu" təşkil edilib. Mədəniyyət və yaradıcı sənaye mədəniyyətin sahəsindən biridir. Azərbaycan dövləti mədəni və yaradıcı sahələrə daim diqqət göstərib, bunun üçün xüsusi dövlət siyasəti sərgiləyib. Məqsəd odur ki, bu sahəyə aid olan bütün iştirakçılar bir araya gətirilsin, fəaliyyətləri mədəni və iqtisadi sahədə sistemləşdirilsin, faydalılığı artırılsın. Bu, komanda işidir. Bu həm dövlət təşkilatlarının, həm də özəl şirkətlərin birgə fəaliyyəti zamanı baş verəcək. Forumdan ən vacib gözləntimiz odur ki, sahənin bütün iştirakçıları ilə birlikdə bir araya gələrək problemləri müzakirə edək, gələcək çağırışlar üzərində işləyib yol xəritəsini təyin edək", - nazir bildirib.