29 Noyabr 2023 16:47
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şairi İlham Qəhrəmanın “Ulduzlu gecə” adlı şeirlər kitabı Gürcüstanda işıq üzü görüb. Şairin 100-dən artıq şeirinin yer aldığı kitabda müəllif haqqında bioqrafik məlumat da verilib.

Teleqraf.com xəbər verir ki, şeirləri gürcü dilinə Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli tərcümə edib.

Gürcü oxucuları bu kitabda şairin sevgi, tale və ictimai məzmun daşıyan şeirləri ilə tanış ola biləcəklər.

“Ulduzlu gecə” İlham Qəhrəmanın xaricdə nəşr olunan 3-cü şeir kitabıdır. Bundan əvvəl şairin iki şeirlər kitabı qonşu İranda əski əlifbada ana dilimizdə işıq üzü görüb.

“Ulduzlu gecə” Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri şair Allahverdi Təkləlinin təşəbbüsü ilə Tbilisidəki “Merani” nəşriyyatında çap olunub. Kitab 146 səhifədən ibarətdir.

“Ulduzlu gecə”nin redaktorları Allahverdi Təkləli və Qaraqaşoğlu, dizayneri isə Ömər Məmmədlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər