Ötən aylarda aktrisa Leyla Tanlar ilə nişanlanan Burak Dakak səhnədə xoşagəlməz hadisə ilə üzləşib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Demet Akbağın baş rolda oynadığı "Aydınlıkevler" teatr tamaşasının dünən axşamkı nümayişində aktyor səhnədə başmaq geyinən zaman kiçik barmağı yerindən çıxıb.
Ağrıdan qıvrılan Dakak təcili xəstəxanaya çatdırılıb. Burak Dakakın hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.