"İndiyə kimi mahnılarla bağlı heç bir bəstəkar tərəfindən mənə qadağa qoyulmayıb".
Bunu Teleqraf.com-a açıqlamasında müğənni Aybəniz Haşımova deyib:
"Sovet dövründə bəstəkar mahnını müğənniyə yox, Bədii Şuraya təqdim edirdi. Şuranın üzvləri tərəfindən mahnı yüksək qiymətləndirildisə hökumət bəstəkara pul ödəyirdi. Və mahnı artıq hökumətin, xalqın malı olurdu. Və sonra mahnını neçə müğənni oxumaq istəsə oxuyurdu. Heç kim müğənniyə qadağa qoya bilməzdi. Bu gün isə bu məsələlər başqa cür həll olunur. Əgər bəstəkar müğənniyə mahnını pulla satırsa, onun ixtiyarı yoxdur müğənniyə qadağa qoysun. Axı, bunun pulunu almısan? Pulla satmayıbsa, o zaman bəli, qadağa qoya bilər".
Nərmin