22 May 17:02
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, 43 yaşlı Vasif Zahid oğlu Qurbanzadə tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ümumilikdə 7 kitab müəllifi olan V.Qurbanzadənin “2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər