7 İyun 14:51
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı İradə Aytelin NESO adlı sənədli romanı işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitab Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsinin bölük komandiri, Vətən Müharibəsi şəhidi baş Leytenant Nəsibov Elməddin və döyüş yollarından bəhs edir.

İradə Aytel kitab barədə bunları deyib:

“Xalq tərəfindən tanınmaq, sevilmək şəhid baş leytenantın uşaqlıq arzusu olub. Kiçik yaşlarından yaşadığı küçə, oxuduğu orta məktəbin divarlarına NESO (Nəsibov Elməddin Süleyman oğlu) yazırmış. Bu, həm də onun imzasına çevrilib. Kitabımı NESO adlandırmaqla şəhidimizin imzasını yaşatmağa çalışdım”.

Kitab “Tovuz Xeyriyyə Cəmiyyə”tinin sədr müavini Çingiz Abbasovun maddi dəstəyi ilə işıq üzü görüb.

NESO müəllifin sayca 11-ci kitabıdır. İradə Aytel “Sevgidən doğulan işıq”, “Bir cüt qızılgül”, “Çiçək açan dərdlərim”, “İkimizin bir evimiz varıydı”, “Partizanın acı həqiqətləri”, “Sədnik Paşa Pirsultanlının nəsri”, “Eynək taxan Günəş”, “Qanlı öpüşlər”, “Bağışla”, “Seyfəli şəhidləri” və “Leytenant Məcidov” kitablarının da müəllifdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər