11 İyul 14:33
2 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) postprodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqlayıb.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, cari ilin may ayında ARKA postprodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşıb. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib.

Bədii Şura tərəfindən dəyərləndirilən 6 layihəyə dövlət dəstəyi verilməsi qərara alınıb:

"Yaddaş sarayları” qısametrajlı sənədli filmi, rejissor Mətləb Muxtarov, "Rental Azərbaycan” MMC “Geri dönüş” tammetrajlı sənədli filmi, rejissor Elməddin Alıyev, “Karvan Production” MMC “Səssiz zaman” tammetrajlı bədii filmi, rejissor Tahir Tahiroviç, "Nova Gorica Kino Mərkəzi" MMC “Qara pişik, ağ şanı” tammetrajlı sənədli filmi, rejissor Ələmdar Faiq, "Chinar Film" MMC “Tərsinə kölgələr” qısametrajlı bədii filmi, rejissor Hacı Səfərov, "Chinar Film" MMC “Sən haralısan, durna?” tammetrajlı bədii-sənədli filmi , rejissor İlkin Yusif “Bumeranqfilm" MMC"

Qeyd edək ki, ölkədə ilk dəfədir post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədi ilə il boyu müsabiqələr keçirməyə davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər