Əməkdar incəsənət xadimi, rejissor Elçin Musaoğlu illərdir Azərbaycanda film çəkilməməsindən şikayətçidir.
Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
"Azərbaycan nağıllarında cəsur gənc öz sevgilisini divin əlindən qurtarmaq üçün üç gün, üç gecə savaşır. Sonda divi öldürür, divin 40 otaqlı sarayının bağlı qapılarını açır. Otaqların birində atın qabağına sümük, o birisində itin qabağına saman qoyulub. Başqa otaqlarda güllər, ağaclar işıqsızlıqdan solub, büzüşüb və sair.
Nağılda diqqətimi çəkən məqam divin kod dəyişdirməsidir. Kod dəyişmək susdurmaq, öldürmək deməkdir həm də. İndi biz nə edək? Bəlkə yuxarılardan rica edək ki, kod dəyişdirməklə, susdurmaqla, öldürməklə məşğul olan "divlərin" başını əzsin? Bəlkə yetər, cənablar... Eksperimentləriniz bitmədi?
Azərbaycanda artıq 4 ildir ki, film çəkilmir..." - paylaşımda qeyd olunur.