"Google"da işləyən proqram mühəndisi Ken Kovamoto hava proqnozu barədə maraqlı və əyləncəli ixtiraya imza atıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, mühəndis ixtirasına "Tempescope" adını verib. Yeni ixtira ertəsi günə hava şəraıtini canlı şəkildə şüşə qutu içində "gerçəkləşdirir" .
"Tempescope" içindəki kiçik buludlar "yağış yağdırır" və ya "göy guruldadır".
Qeyd edək ki, onlayn hava durumu ilə işləyən "Tempescope" hələ ki qar yağdıra bilmir.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm