11 İyun 2015 11:49
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azdrama”da yeni tamaşanın premyerası olacaq

Bu gün Akademik Milli Dram Teatrında “Nağıllar aləmində” adlı yeni tamaşanın premyerası olacaq.

Teleqraf.com xəbər verir ki, folklor nümunələri əsasında hazırlanmış tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Ə

Əsasən gənclərlə hazırlanan tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) iştirak edirlər.

Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər