23 İyun 2015 15:48
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Titanik” filminin musiqilərini bəstələyən Ceyms Horner təyyarə qəzasına düşüb. 61 yaşlı bəstəkarın iki nəfərlik təyyarəsi Santa- Barbaranın şimalında qəzaya uğrayıb. Bəstəkarın ölü halda tapıldığı açıqlanıb.


Qeyd edək ki, musiqi karyerasına 5 yaşında piona çalaraq başlayan Ceyms Horner “Titanik” filmi üçün bəstələdiyi mahnılara görə, iki “Oscar” mükafatına layiq görülüb. Bəstəkar həmçinin, “İdrak oyunları”, “Apollo 13” kimi əfsanəvi filmlərin musiqilərinin müəllifidir.


Müəllif: