31 İyul 2015 15:38
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov yeni mövsümdən Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqrafcom-a verilən məlumata görə, F.Manafov xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq.

Həmçinin, yeni mövsümdə xalq artistləri Fuad Poladov və F.Manafov eyni tamaşada çıxış edəcəklər.

Xatırladaq ki, xalq artisti F.Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.


Müəllif: