31 Avqust 2015 18:08
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox məhşur hitlərin müəllifi, şair-bəstəkar Tural Bayraməliyev növbəti kompozisiyasını xanımı Mehribana həsr edib. “Mehriban” adlanan yeni musiqili əsər T.Bayraməliyevlə xanımının ailə həyatı qurmağının bir ilinə ərməğandır.

Bu barədəTeleqraf.com-a müəllif özü məlumat verib: “Kompozisiyanı eyni zamanda sevib-sevilən, qəlbi sevgi ilə döyünən gənclərə həsr edirəm. İnanıram ki, bu melodiya sevgi rəmzinə çevriləcək”.
Qeyd edək ki, yeni bəstəsinin aranjimanı İlkin Həsəniyə məxsusdur. Məhşur musiqiçi Muhittin Kadriyenin rəhbərliyi və böyük orkestr heyətinin müşayiəti ilə bəstə Türkiyədə lentə yazılıb.

Öyrəndik ki, “Mehriban” tezliklə ekran həllini tapacaq. Tural Bayraməliyevin məlumatına görə, tanınan türkiyəli rejissor qonşu ölkədə kompozisiyaya klip çəkəcək. Klip iki gəncin sevgisindən bəhs edəcək. Obrazı türkiyəli peşəkar aktyorlar canlandıracaq. Çəkilişin Böyük adada aparılması nəzərdə tutulub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər