16 Sentyabr 2015 20:36
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

Əməkdar artist Teleqraf.com-a açıqlamasında özünü pis hiss etdiyini qeyd etdi: “Müalicə üçün İrana gedəcəm. Hazırda özümü çox pis hiss edirəm. Qan dövranım pozulub, damarlarım çox pis işləyir. Ümumilikdə problemim əsəb sistemi ilə bağlıdır. Gecələr özümü pis hiss etməyə başlamışam(kövrəlir). İllərlə problemlər yığılır və sonra da adamı öldürür”.

Əməkdar artist İlham Əsgərovun ölümündən və Akademik Milli Dram Teatrının rəhbərliyinin məhkəməyə verilməsinə də münasibət bildirdi: “Onun vəfatı Azərbaycan teatr mədəniyyəti üçün böyük itkidir. Belə aktyorları sənətimiz, mədəniyyətimiz itiririr. Elə aktyorları əvəz edən gəlmir. Aktyorlar qorunmalı və onların qayğısına qalınmalıdır. Mən istərdim ki, yaxşı tamaşalarımızın səsi gəlsin, qardaş teatrda sülh olsun. Biz çox həssas adamlarıq. İstəmərəm ki, aktyorlar arasında belə çaxnaşma, məhkəmə olsun. Sonra kimisə itirə bilərik. Hamı bir araya gəlsin. Arada bizlər itirəcəyik. Məbəd ocağından belə sədaların gəlməsini istəməzdim Bu mənə çox pis təsir edir. Nə olsun ki, Akademik Mili Dram Teartrında işləmirəm. O ab-hava bizə də gəlib çıxır”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər