17 Oktyabr 2015 10:40
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəsti Cəfərova televiziyalarda yayımlanan verilişlər haqqında danışıb.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, kanallarda həm keyfiyyətli, həm də keyfiyyətsiz verilişlər var: "Hər sahədə belədir. Məsələn, bizim teatrda da bütün tamaşalar yüksək səviyyədə deyil. Yüksək səviyyədə də tamaşa var, orta səviyyədə. Əslində, verilişlərimizdə pis heç nə görmürəm. Evdə vaxtım olanda xarici kanallardan daha çox öz televiziyalarımıza baxıram. Yeni çıxan aparıcılar da öyrənirlər. Birdən-birə heç nə parlaq olmur. İnsan səhv edə-edə püxtələşir".

Xalq artisti televiziyalara çıxmamasının da səbəbini açıqlayıb: "Mətbuat və televiziyalara çox az çıxıram. Çünki iş qrafikim gərgindir".

Rəqsanə


Müəllif: