Bu gün YARAT Müasir İncəsənət Mərkəzində kinorejissor Mariya İbrahimovanın “Tanrıya məktub” filmi nümayişi olacaq.
Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilərək sual-cavab sessiyası ilə davam edəcək. Film rus və Azərbaycan dillərində (ingilis dilində alt yazıları ilə) nümayiş etdiriləcək. Filmin müddəti 17 dəqiqədir.
Qeyd edək ki, “Tanrıya məktub” – inanc və ya dindən asılı olmayan inamın gücü barədə bəhs edən filmdir. Bir tənha dul kişi ölmək üzrə olduğunu öyrənir və bir neçə sirli qarşılaşmadan sonra ağlına gələn tək şeyi etmək qərarına gəlir – Tanrıya məktub yazmaq.