Rusiyanın “Za Bor Architects” memarlıq studiyası yaşayış massivlərində maraqlı ofis məkanların yaradılması üzrə “ofis-parazit” layihəsini hazırlayıb.
Teleqraf.com “Arxinovosti” saytına istinadla bildirir ki, Moskva kimi nəhəng bir şəhərin özündə müxtəlif dizayner studiyaları və qalereyalarının kreativ ofis yerlərinə böyük ehtiyac duyulur.
Rusiyalı memarlar yanbayan inşa edilmiş binalar arasında mövcud olan boşluğu səmərəlı istifadə edərək orijinal formalı ofislərin inşasına başlamağı düşünürlər.
Studiya memarlarının “ofis-parazit” layihəsi göstərir ki, binalar arasındakı belə boş məkanlar sakinlərə heç bir maneə törətmədən ofis kimi istifadə edilə bilər.
Artıq ilk belə layihənin Moskvanın Kojuxovskaya, 5 ünvanında həyata keçirilməsi nəzərdə tutulub.