16 Fevral 2016 23:14
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində "Konzerthaus" binasının sütunlarında 14 min xilasesetmə jiletindən ibarət installyasiya təşkil olunub.

Bu installyasiyanın müəllifi dünyaca məşhur çinli rəssam Ay Veyveydir. Memorial installyasiyanın hazırlanmasında Yaxın Şərq ölkələrindən, əsasən də Suriyadan qaçaraq Avropaya pənah aparan miqrantların Aralıq dəniz keçdikləri zaman istifadə etdikləri xilasedici jiletlər istifadə olunub. Ay Veyvey Türkiyədən Yunanıstanın Lesbos adasına rezin qayıqlarla üzüb keçmiş miqrantların yararlandıqları 14 min jiletdən istifadə edib.


Müəllif: