“Kiralık aşk” serialı ilə ulduzu parlayan gənc aktyor Barış Arduçun keçmişi barədə maraqlı məqamlar ortaya çıxıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 8 il Şilə bölgəsində xilasedici işləyib:
“Şilədə işlədiyim müddətdə həyatını xilas etdiyim insanların sayı mindən çoxdur.
Amma xilas etmədiklərim də var idi. Xala ilə qardaşı oğlunu həyatını qurtara bilməmişdim. Boğuldular. Bu hadisədən sonra çox pis oldum. Tez-tez yuxuma girirdilər. Son iki ildir sakitlik tapmışam”.
Pərvin